"Hazırda tətbiq olunan qərar yeni deyil, əvvəldən planlaşdırılmışdı".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Hazırkı göstəricilərə görə yeni məhdudiyyətlərin tətbiqi zəruridir. Dünya ölkələrində də koronavirusla mübarizədə yoluxma halları artıb. Azərbaycanda da vəziyyət müsbət qiymətləndirilmir".
O bildirib ki, küçəyə çıxma qadağasının tətbiqi düşünülmüş şəkildə atılan addım idi: "Bu, xarici ölkələrin təcrübəsindən gəlinən nəticəyə əsasən qəbul olunan qərar idi. Bu məhdudiyyətlərin tətbiqinin effektinin görünməsi üçün iki həftə lazımdır".
Ramin Bayramlı bildirib ki, hazırda tətbiq olunacaq karantin rejimi aprel ayında tətbiq olunan məhdudiyyətlərlə eynilik təşkil edir: "Aprel ayında kifayət qədər təcrübə yox idi. Xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya xəstələri üçün nəzərdə tutulur".