20 İyun 2020 12:17
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, bu gün evdə hərarəti olan vətəndaşlar xəstələndiklərini ayıb hesab edib, gizlətməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Bu, çox yanlış yanaşmadır. Bu xəstələyin digər tənəffüs xəstəliklərindən yeganə fərqi onu yeni olması və peyvəndinin olmamasıdır. Burada utanılacaq bir şey yoxdur.

Sağalıb evə gedən xəstələrimizə bütün təlimatlar ona izah olunur. Onlara 21 gün ev karantini tövsiyə edilir" .

Yaqut Qarayeva vətəndaşlara müraciət edərək, xəstə yanına getməməyi tövsiyə edib: "Bəzi xəbərlər daxil olur ki, kiminsə koronavirus testi pozitiv çıxdığı halda onun yanına ziyarətə gələnlər olur. Belə halların baş verməməsini xahiş edirik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər