29 İyun 2020 10:17
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirusun yayılmasının qarşısı alınana qədər xəstəlik həyatımızda olmağa davam edəcək. Ona görə də virusla yaşamağa öyrəşmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST rəsmisi qeyd edib ki, qarşıda hələ uzun yol var: “Xoşumuza gəlməyən və alışqın olmadığımız, hətta bizə çətin olan işləri etmək məcburiyyətində qalacağımız aylar var. Çünki bunun başqa və hər hansı qısa yolu yoxdur.

Hamı fiziki məsafəni qorumalı, əlləri yumalı, qoruyucu tibb maskadan istifadə etməlidir. Tibb işçiləri isə test və izolyasiya etməli, xəstənin təmasda olduqları insanları müəyyən etməli və onları karantinaya almalıdır. Ancaq bu şəkildə özümüzü və sevdiklərimizi qoruya bilərik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər