4 İyul 2020 22:26
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 4-nə olan statistik göstəriciləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün ölkədə 8269 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 342 nəfər reanimasiyada, 61 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6846 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 509 811 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxub, 471 nəfər sağalıb, 6 nəfər isə vəfat edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər