24 Avqust 2020 08:12
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əks-səda" Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi iyul ayından başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə cəbhə bölgəsində yaşayan imkansız ailələrə bir dəfəlik sosial yardımın göstərilməsi” layihəsinı həyata keçirir.

Layihənin rəhbəri, jurnalist Sevinc Kərimova bildirib ki, layihə çərçivəsində Qazax rayonunda maddi vəziyyəti aşagı olan 80 ailəyə birdəfəlik sosial yardım göstərilib.

S. Kərimova qeyd edib ki, hər bir ailəyə 35 AZN məbləğində ərzaq kuponlarını poçt vasitəsilə göndərilib.

Artıq ərzaq kuponlarının sahiblərinə çatdırıldığını deyən Sevinc Kərimova yardım alan ailələrin ölkə rəhbərliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və rəhbəri olduğu təşkilata təşəkkürlərini bildirdiklərini diqqətə çatdırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər