Baş nazir Əli Əsədov “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Dəyişiklikdən öncə, qərarın 2020-ci il sentyabrın 1-dək qüvvədə idi. Əli Əsədovun bugünkü dəyişikliyindən sonra qərarın qüvvədə olma müddəti noyabrın 1-dək uzadılıb.
Bundan başqa, dəyişikliyə əsasən, tibbi maskaların ölkə ərazisindən çıxarılmasına qoyulan məhdudiyyət ləğv edilib.