15 Oktyabr 2014 10:42
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 oktyabr 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Tərtər şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edəcək.

Teleqraf.com Təhsil Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 15, 16 və 17 oktyabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

NİGAR


Müəllif:

Oxşar xəbərlər