29 Oktyabr 2020 11:39
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün bir sıra Rusiya və Ermənistan KİV-ləri Azərbaycan tərəfinin Xankəndidə doğum evini bombaladığı barədə feyk xəbərlər yaymağa başladı. Daha sonra bu məlumatı dəqiqləşdirərək aviazərbələrin guya Türkiyə prezidentinin şəxsi əmri ilə F-16 qırıcıları vasitəsilə həyata keçirildiyini yazıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə “uc.od.ua” saytında yazılıb.

Məqalədə qeyd olunub ki, bu məlumatın feyk olduğu bir neçə səbəbdən aşkar olunub.

Birincisi, adıçəkilən doğum evində heç bir insan itkisinin olmaması, bundan əlavə hər hansı bir mebel və ya avadanlığın olmaması bu binanın istifadəsiz olduğunu təsdiq edir.

İkincisi, görüntülərdə göstərilən bomba başlığı ermənilərin sahib olduğu TOR-M2KM zenit-raket komplekslərində istifadə olunan raket başlıqlarıdır. Ehtimal olunur ki, ermənilərin hava hücumundan müdafiə sistemi hansısa uçuş aparatına reaksiya göstərib və raket buraxılıb. Mütəxəssislər də qeyd edir ki, dağıntılar aviazərbələr nəticəsində yaranan dağıntılara bənzəmir.

Bu feyk xəbərin ermənilərin Bərdəyə raket zərbəsindən dərhal sonra yayılması isə diqqətləri həmin hadisədən yayındırmaq üçün atılan addım olduğunu düşünməyə əsas verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər