Azərbaycanda daha bir kəndin adı dəyişdirilir.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Belə ki, iclasda “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məsələ müzakirəyə çıxarılacaq.