14 Dekabr 2020 18:12
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 112 yeni yoluxma faktı qeydə alınıb, 2 923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 44 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 178 986 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 114 841 nəfər müalicə olunaraq sağalıb, 1 966 nəfər vəfat edib, aktiv xəstə sayı 62 179 nəfərdir.

Ölkədə son sutka ərzində 10 045, hazırkı dövrədək isə 1 963 348 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər