Türkiyə Suriyanın paytaxtı Dəməşq şəhərində səfirliyin açılması üçün hazırlıq işlərinə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.
“Şərait imkan verdikdə, Dəməşqdəki səfirlik yenidən açılacaq”, - nazir belə söyləyib.
Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2012-ci ildə kəsilmişdi.