Tarix fənnindən qəbul imtahanlarının proqramına Vətən Müharibəsindən də suallar daxil ediləcək.
Teleqraf.com-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə deyib ki, həmçinin "Abituriyent" jurnalinda Vətən Müharibəsi ilə bağlı məqalələr dərc olunacaq və orada faktlar göstriləcək.