Gecə saatlarında Tovuz rayonunun H.Əliyev prospektində avtomobil qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, qəza nəticəsində diametri 108 mm olan qaz xətti yararsız hala düşüb, 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və səhər saatlarından qaz təminatının bərpası işlərinə başlanılıb.