"Hazırda əsas məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərar verəcəyi ilə bağlıdır".
Teleqraf.com-un xəbərinə görə, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Fazil Mustafa deyib.
Deputat iş yerlərinin yeni açılmasına diqqət çəkib:
"İnsanlar indi işə başlayıb. Kafe-restoranlar, digər iş yerləri yeni açılıb. Vətəndaşlar yenidən qapanma olacağından qorxurlar. Əsas hədəfimiz insanların çalışma yerindən uzaqlaşmaması və işləməsidir. Sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək, vaksinasiyanı gücləndirmək. Ancaq rayonlara gediş-gəlişi bağlamaq doğru deyil".