COVID-19-a yoluxub sağalan şəxslərdə müəyyən əlamətlər davam edə bilir.
Teleqraf.com xəbər verir ki, bu sözləri baş infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, əksər insanlarda 3-6 ay ərzində iybilmə və dadbilmə qabiliyyəti bərpa olunsa da, bəzilərində bu, gecikir: "Bu hal şəxsin gündəlik həyatına təbii olaraq təsir edir. Eyni zamanda bəzi şəxslərdə halsızlıq, zəiflik, yaddaş pozğunluğu, bədən ağrıları, hərarət kimi əlamətlər davam edə bilər.
O şəxslər ki, xəstəlik müddətini ağır keçirib, ağciyərdə zədələnmə baş verib, bərpa prosesi immunitetdən asılı olur. Burada yaş faktoru, xəstəliyin dərəcəsi vacib rol oynayır".