28 Oktyabr 2014 13:20
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun oktyabr ayının 31-i saat 11:00-da Qobustan rayonunda (Qobustan, Ağsu, Şamaxı, Abşeron) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Qobustan rayonunda 245-01-19
Ağsu rayonunda 226-44-99
Şamaxı rayonunda 265-39-34
Abşeron rayonunda 341-04-99
nömrəli telefonlara zəng etmələri xahiş olunur.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər