Rusiyada COVID-19 vurusunun profilaktikası və müalicəsində istifadə olunan dərmana patent verilib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Rusiya Federal Tibbi-Bioloji Agentlik məlumat yayıb.
Dərman "MİR-19" adlanır. Ondan koronavirus infeksiyasının inqalyasiya və ya intranazal yolla müalicə və profilaktikasında istifadə ediləcək.
Qeyd edək ki, COVID-19-a qarşı ilk Sputnik V vaksinini də Rusiya kəşf edib.