17 Aprel 2021 18:12
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaf dağının boynuna dolanan pəmbə buludlara bürünüb, yaşıl-yaşıl ormanların arxasınca düşərək, söz xəzinəsindən bərli-bəzəkli don geyinən nazlı-qəmzəli sonaya bənzəyən, heyrətamiz hekayələr, şeirlər gövhərlər yurdundan qazax elinə gəlib yetişib. Burada qazaxların könülünə dolub, könül sirri olub saxlanıb, ən gözəl mahnı kimi, şer kimi karvan-karvan yollardan ötüb, bütün qazax mahalına yayılıb. Bu hekayətlərdəki pərilər və iblislərin, simurq quşları və əjdahaların, büllur gözlü bulaqların, dəryalardakı balıqların da öz dili, öz vəsfi, öz məqamı vardır. Bu gözəllikləri, bu hekayətləri qələmə alan qardaş Azərbaycan xalqının sevimli oğlu, dünya ədəbiyyatının görkəmli nümayəndəsi,türk dünyasının tanınmış şairi və mütəfəkkiri Nizami Gəncəvinin dünyaya gəlişinin880 ili tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ili “Nizami Gəncəvi İli” elan etdi.

Nizami Gəncəvinin dünyaya gəldiyi qədim Gəncə şəhəri o dövrdə Yaxın və Orta Şərqdə, Qafqazda ən mühüm ticarət və sənətkarlıq, elm və mədəniyyət mərkəzi sayılırdı. Gəncədə böyük rəngkarlar, zərgərlər, xəttatlar və filosoflar, memarların yetişməsi onunintibah dövründən xəbər verirdi. Bura həm də digər yerlərdən sənətkarlar, alimləi, şair və fikir adamları gəlib, yaşayıblar. Yaşadığı ailənin nüfuzunavə dövrün tələblərinə görə İlyas ibn Yusif parlaq təhsil almışdı. Yazdığı əsərləri təhlil edəndə məlum olur ki, böyük filosof türk, ərəb və farsdillərinə, dünya ədəbiyyatına, riyaziyyat, astronomiya, astrologiya, kimya, fiqh, tibb, islam fəlsəfəsi ənənələrinə bələd olub, ezoterika, musiqi və təsviri sənət, eləcə də Quranın təfsirini bütünlüklə əxz edib. Xristianlıq, iudaizm, zərdüştlük, türk və iran mifologiyasına dərindən vaqif olub. Onun elm dəryasında bir inci olması, gövhərlər dənizində bərq vurması yazdığı əsərlərdən də bəllidir. Nizami Gəncəvi aldığı təhsili belə izah edir:

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ,

Ərəbcə, dəricə, yeri düşərkən,

Buxari, Təbəri əsərlərindən.

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəznədən bir dürr çıxardım.

Bizə yadigar qalan beş dastandan ibarət “Xəmsə”də X-XII əsrlərdə İran, Qafqaz, Turan ellərində baş verən ictimai-siyasi hadisələr türk, ərəb və fars dilində böyük ustalıqla və elmi əsaslarla lirik dildə qələmə alınıb. Bu epik və məhəbbət dastanlarında Nizami Gəncəvi özünün iştirakçısı olduğu tarixi məqamlara, həmçinin dövrünün ictimai –siyasi hadisələrinə toxunmaqla, tarixi hadisələri böyük ustalıqla nəzmə çəkir.Həmin dövrlərdə hökmdarların həyatları, onların dövləti hansı üsul-vasitə ilə idarə etməkləri “Xəmsə” divanında toplanan 5 dastanda 60 min beyt, 6 qəsidə, 116 qəzəl, 2 qitə, 30 rubai və digər məsnəvilər şəklində, bu günümüzə qədər gəlib yetişib.

Böyük mütəfəkkirin şah əsərləri Şərqdə və Qərbdə poeziyanın inkişafına, yeni nəsil şairlərinin yetişməsinə böyük təsir göstərmişdir. Hafiz Şirazi, Cəlaləddin Rumi, Sədi Şirazi kimi böyük dühalar da Nizami Gəncəvinin müasirləri olmaqla yanaşı, həm də onun əsərlərinin təsiri altında poeziya aləminə qədəm qoymuşlar. Məsələn, Füzuli, Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Höte, Abay kimi dünya klassikləri də Nizaminin “Xəmsə”sinin sirrlərinə vaqif olduqdan sonra, onun “Xəmsə”sinə nəzirələr yazmışlar. Demək olar ki, Şərqqdə yetişən bütün tanınmış şairlər Nizaminin kövsər bulağından su içmişlər. Saray Berkedəki qıpçaqşair Qütb 1383-cü ildə şairin “Xosrov və Şirin” poemasını çağatay dilinə tərcümə edib.Onun məktəbindən digər klassiklər də bəhrələniblər. Klassik alman şairi və dramaturqu Yohan Volfqanq Höte Şillerin “Turandot”unun “Yeddi Gözəl” Yeddi gözəl" poemasının sujet və motivləri əsasında yazıldığını qeyd etmişdir.

Farsdilli ədəbiyyatda bir qayda olaraq, Sədi, Firdovsi, Ənvarini poeziyanın peyğəmbərləri hesab edirlər. Firdovsinin “Şahnamə”sindən təsirlənərək, “Xəmsə”ni yaradan, bununla dünya ədəbiyyatına yeni nümunə - beş böyük dastanın bir arada toplandığı “Beşlik” bəxş edən Nizami Gəncəvi, “Şairlərin peyğəmbəri” sayılan Firdovsini kölgədə qoyub, öz müasirləri və əsrlər boyu ondan təsirlənən ədiblər arasında “Şairlərin Tanrısı” adlandırılıb.

Şərq ədəbi ənənəsinə yeni bir tərz gətirən Nizami Firdovsi və Sənai kimi sələflərinin ədəbi irsinin sadə davamçısı kimi deyil, həm də onu yaradıcı, tənqidi şəkildə inkişaf etdirən və yüksəldən bir mütəfəkkir kimi tanınır. Şair ölməz sevgini, adil və ya qəddar hökmdarların ədalətini və zülmünü, insan hansı mərtəbədə mövqe tutmasından asılı olmayaraq sadəliyin əsas şərt olduğunu, var-dövlətin insana hər zaman rahatlıq gətirmədiyini, insan ruhunun təmizliyinin hər şeydən üstün olduğunu əsərlərində göstərməyə çalışır. “Xəmsə”yə daxil olan əsərlərində Nizami estetik-fəlsəfi baxışları, ideyaları, enskolpedik biliklərini poeziya dilində çevirərək Şərq intibahının mənəvi-estetik dəyərlər tablosunu yaradıb, bəşər ədəbi irsinin, dünya şer xəzinəsinin dəyərli sərvətinə çevrilib.

“Kömək qapısını aç ey yaradan, Göstər Nizamiyə düz yolu hər an” - deyən qüdrətli sənətkar saray şairi olmadığını göstərir, hökmdarları vəsf etməklə bərabər, həm də sarayın görünməyən üzündə baş verən hadisələri qələmə alır, azad ruhunun bülbül kimi qəfsədə saxlanmasına imkan vermir. Şeirlərində təsəvvüf izləri aydın görünür.Təsadüfi deyil ki, ki, nücum elminin əbcəd əlifbası ilə hesablananda Nizaminin adının hərflərinin cəmi 1001 nəticəsini verir.

Didaktik–fəlsəfi və lirik ədəbi-flsəfi fikirlərlə zəngin olan əsərlərində şair dünyanın və insanın yaranışından, ömür deyilən bir həyatın bir gün bitəcəyindən bəhs edir, Onun fikirlərinə görə insan kainatda ən adil və zəngin varlıqdır. İnsanın xislətində olan sevgi də onu dünyada yaşamağa sövq etdirir. Dünyanın yaranmasına isə sevginin səbəb olduğunu insanlara çatdırmaq istəyir.

“Xosrov və Şirin” dastanında şair insana yaşamaq üçün gərək olan ən fəzilətli xarakterlərdən, düşüncələrdən,ədalətdən söz açır. Zülmün qarşılıqsız qalmayacağına inandırır. Kainatın, yaradılışın da ədalətlə, nizam-intizamla bərqərar olduğunu hökmdarlara ədalətsizliklərinə və zülmkarlıqlarına görə, Allah tərəfindən cəzalanacağıni xəbərdar edir. Nizaminin təbirincə ədalət insanın yardılışında onun xislətinə hopdurulan sevgidir.Rəiyyətin haqqını yeyən padşahın xalq tərəfindən sevilmədiyini bəyan edir. İnsanlıq mətrəbəsinin bütün xilqətlərdən üstün olduğunu göstərməyə çalışır. Və bu keyfiyyətləri ibrətamiz hekyatələrlərlə nəzmə düzərək beytlər şəklində insanın ruhuna axıdır.“Xosrov və Şirin” əsərində ülvi məhəbbətdən bəhs edərkən, Şirinin də gözəlliyini və müdrikliyini xüsusi bir şövqlə vəsf edir.

“İsgəndərnamə” əsərində isə hökmdar İsgəndər Zülqərineyi – Makedoniyalı İsgəndərin hökmranlığını, ədalətini, böyük zəka sahibi olduğunu göstərməyə müvəffəq olub. Bu möhtəşəm əsərində şair əslində arzuladığı ideal adil hökmdarın- İsgəndərin bütün müsbət sifətlərini oxucuya göstərməklə, onun düha sahibi olması, səxavətli, ağıllı, sakit, zehinli, zəhmətkeş, birinə cəza verdiyi təqdirdə yüz ölçüb-bir birçdiyini, filosof məclislərində oturan, elm adamlarını dinləyən adil bir hökmdarı kimi sifətlərdə təqdim edir. Böyük qazax yazıçısı Muxtar Auvezov qazax mütəfəkkiri Abayın “İsgəndər” əsərini Nizamidən təsirlənərək yazdığını qeyd edir.

“Xosrov və Şirin” dastanınıın ədəbi qəhrəmanları qədim poeziya ənənlərinin əksəriyyətindən fərqlənir. Bir qadın gözəlliyinin belə tərənnümünə qədim ədəbiyyatlarda demək olar ki, rast gəlinmir.

“Xəmsə”dəbaş verən vaqeələr məcara dolu hekayətlərlə, rəvayətlər və maraqlı əfsanələrlə, insanı heyran edən hadisələrlə zənginləşir. Şairin istedadı və böyüklüyü bir də ondadır ki, onun bir qəhrəmanı o birisinə bənzəmir. Hər dövrün öz qəhrəmanı, hər hadisənin öz süjet xətti var. Hətta obrazlar birbiri ilə fikir, söz yarışmalarına girərək, həqiqətin harada olduğunu axtarırlar. Məsələn, Xosrovla Fərhadı qarşılaşdıran şair, onları bir-biri ilə deyişdirir, Bu da qədim türk ənənlərindən gələn danışıq mədəniyyətidir.

Xosrov əvvəl sordu: "Hardansan, cavan?"

Fərhad cavab verdi: "Dost diyarından."

Dedi: "O diyarda hansı sənət var?"

Dedi: "Qəmi alıb, canı satırlar."

Dedi: "Canı satmaq heç ədəb deyil."

Dedi: "Aşiqlərdə bu əcəb deyil."

Şairin fikirincə, nə olursa olsun, insanın qarşısında duran vəzifə yüksək təfəkkürə və kamilliyə can atmasıdır. O öz şerləri ilə insanların ürəyinə və beyninə məhəbbət, vəfa, mərhəmət toxumu səpir. Hiyləgərlikdən uzaq ədalətli cəmiyyət, əməksevər və namuslu insan yetişməsi üçün hətta qədim türklərin Ötükən əfsanələrindən də misallar gətirir, ədalətli bur dünya düzəni olan cəmiyyəti arzu edən Əbu Nasir Əl-Fərabinin fikirləriilə hesablaşdığını obrazların dili, məkanı və yeri ilə qələmə almaqla həm şair filosof, həm də şair sənətkar kimi həm özünün , həm də cəmiyyətin qarşısına məqsədlər qoyur.

“İsgəndərnamə” poemasında şairin yaratdığı İsgəndər obrazı öz ölkəsinin rifahı üçün çalışır. Onun fikrincə, hökmdar güclü olmadan əvvəl elmli-bilikli olmalıdır. Ona görə də İsgəndəri rəiyyəti hesab etdiyi filosofların arasında göstərir. Ən çətin məqamlarda, vəziyyətlərdə hökmdar İsgəndər Ərəstun, Əflatun, Valis, Sokrat, Fərfuryus, Hörmüzün əhatəsində görünür. Filosoflarla görüşlərində sual-cavablar, mülahizələr və mükamilələr əsas yertutur. Müharibə səhnələri belə, bu müzakirərlərdə öz yerini elmə verir. Elm bütün müzakirələrdəqalib gəlir. Bu söhbətlərin vaqeə olduğu vaxtlarda həm də, insanın əxlaqlı olması da diqqətə çatdırılır.

İsgəndər dünyanı dolaşıb, Nüşabənin hökmdarı olduğu Azərbaycana Bərdə şəhərinə gəlir. Nüşabə böyük qonağın şərəfinə ziyafət təşkil edir və süfrə açır. Onun süfrəyə yemək əvəzinə daş və inciləri düzməsi İsgəndəri təəccübləndirir və bunun səbəbini soruşduqda şahzadədəb belə bir cavab alır:

“Daşın ki boğaza yolu yox daha,

Faydasız, yaramaz belə daş üçün

Bu qədər vuruşmaq, çarpışmaq neçün?

İndi ki, yeməyə yaramaz bu daş,

Dünyada onula ucalarmı baş?

Dəyərsiz bir daş ki, olmayır yemək,

Onunçün bu qədr zəhmət nə gərək?

Yollardan daşları almaq lazımkən,

Daşı daş üstünə qoyursan nədən?

“İsgəndərnamə” poemasında şair əsərinin qəhrəmanı İsgəndəri “Firavan şəhər” axtarışına çıxarır.O, bir şəhərə rast gəlir. Şəhər əhli firavanlıq içərisində yaşayır. Bu şəhərin darvazaları, evlərinin qapıları bərli bəzəkli və qıfılsızdır. İsgəndər şəhərdə yaşayan qocalardan belə bir ideal cəmiyyəti neçə qurduqlarını soruşur. Onlar cavab verirlər ki, onların həyat meyarı dürüstlük və sədaqətdir. Onların cəmiyyətində bərabərlik hökm sürür. Belə bir firavan, ədalətli, xoşbəxt cəmiyyətin türk diyarındaolması haqqında türk xalqlarının qədim dastanlarında və əfsanələrində yazılıb. Əbu Nasir Əl-Fərabi də özünün traktatlarında təsvir edərək onu “Mənqi el” – “Əbədi el” adlandırır.

N.Gəncəvinin fəlsəfi dünya görüşü,sosial-utopik baxışları belə deməyə əsas verir ki, o sözün əsil mənasında orta əsrlərdəki mötəbər türk ideallarını, yaşam tərzini, ədalətini, türk və milli düşüncəsini öz əsərlərində təbliğ edir. Onun bu düşüncələri qədim türk əlyazmalarında bu gün də qrunub saxlanmaqdadır. Nizami türk düşüncə tərzinin, mədəniyyətinin milli sərvətidir, desək yanılmarıq. Şərqin bütün məşhur şairləri və filosofları, mütəfəkkirləri Nizami yaradıcılığından, dünyagörüşündən, fəlsəfi fikir məktəbindən yararlanıblar. Bu mənada qazax poeziyasının görkəmli imzaları olan Şortanbay, Dulat, Abay, Şəkərim, Şəngerey, Şədi, Məşhur Jusup, Akan Seri, Turmahambet kimi söz ustadları da öz yaradıcılıqlarında mahir zərgər kimi Nizami xəzinəsinin daş-qaşından istifadə ediblər.

Ötən il bütün dünyada 175 illik yubileyi qeyd edilən ulu Abayın da Nizami Gəncəvi irsindən dərindən faydalandığı açıq-aşkar hiss olunur. Abayın “İsgəndər” şeiri da milli ənənələrə uyğun olaraq qələmə alınıb. Böyük mütəfəkkir Abayın əsərlərini oxuyanda şahidi olursan ki, o həqiqətən də, ustadı Nizaminin qoyduğu yol ilə getməyə çalışır, öz yaradıcılığında Nizaminin utopik cəmiyyət ideyalarını, ədalət və firavan dövlət, habelə, insanın elm öyrənməsinin əsas şərt olduğunu təbliğ edir. N.Gəncəvi “Xəmsə”sində Makedoniyalı İsgəndəriin adil və mərhəmətli, səxavətli, mərd cə qüdrətli obrazını yaratdığı halda, digər padşahalrın zülmkar və qəddarlıqlarını, ədalətli olmadıqlarını tənqid edir, yaşadığı dövrün real mənzərisini yardır. Nizami Gəncəvidən ilhamlanaraq, eyni yolu davam edən Əlişir Nəvai də Nizami ideyalarına sadiq qaldığı halda, Abay İsgəndər obrazını yaradarkən onu xəsis, qaniçən, açgöz, qəsbkar kimi qələmə verərir, onun müasiri olan Ərəstunu müdrik, ağıllı və ədalətli bir obraz kimi təqdim edir. Yazır ki:«Varı başdan aşan şah olmaqdansa, Həyatı dərk edən bir qul olasan”. “Bəndənin doymayan gözü, yalnız bir ovuc torpaq töküləndən sonra doyur” məsəli ilə cəmiyyəti rəzilliklərdən, ədalətsizliklərdən ibrət götürməyə çağırır.

Belə müqayisələri apardıqda görünür ki, Nizami ilə Abay yaradıcılığının qanunuyğun və oxşar cəhətləri çoxdur:

Nizami:

Başlanğıc da, son da taledir ancaq

Yaxşılıq insandan miras qalacaq.

Abay:

Deməsinlər həyat bu gün parlaqdır,

Bəşər bu gün insan, sabah torpaqdır.

Ulu Abaydan sonra yetişən qazax şairləri də onun yaradıcılıq ənənələrinə sadiq qaldılar. 1947-ci ildəNizami Gəncəvinin 800 illik yubileyi münasibəti ilə qazax şairləri T.Jarakov, T.Əlimkulov, Q.Ormanov, K.Amanjolov, J.Sızdıkov, D.Əbilov, A.Jumaqaliyev kimi şairlər “Leyli və Məcnun” poemasını qazax dilinə çevirdilər. 1980-ci ildə isə şair K.Bekkoxin “Yeddi gözəl” əsərini tərcümə etdi.

Nizami Gəncəvi otuz yaşından sonra qıpçaq qızı Afaq ilə evləndi. Əsərlərindəki ən gözəl obrazların simasında gözəl və məlahətli Afaqa məhəbbət dastanları, şeirləri həsr elədi. Nizami Gəncəvinin həyat və yaradıcılığını, şəcərəsini dərindən öyrənən şair K.Bekkoxin 1974-cü ildə “Afaqnamə” dastanını yazdı. Qazaxıstanın K.Kuanışbayev adına Musiqili Dram Teatrı isə 2019-cu ildə “Leyli və Məcnun” əsərini səhnəyə qoydu.

Beləliklə, hər sətri bir hikmət xəzinəsi olan, hər nəsnənin bu dünyadan köçəcəyini, yalnız sözlərin yadığar qalacağını söyləyən türk xalqlarının dahi şairi Nizami Gəncəvi və onun yaradıcılığındakı ziya insanlıq, dünya durduqca şəfəq saçaraq, könülləri nurlandıracaqdır.

Beynəlxalq Türk Akademiyası da Azərbaycan Prezidenti qərarını dəstəkləyərək, 2021-ci ili Qazaxıstanda “Nizami İli” elan edib və bununla bağlı yubiley tədbirlərini tşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil edib.

Akademiya 2018-ci ildə böyük mütəfəkkirin bəzi əsərlərini Qazax dilinə tərcümə edib və “Türk dünyası ədəbiyyat antologiyaları” seriyasından “Azərbaycan ədəbiyyatı antologiyası”na dahi şairin həmin əsərlərini daxil edib. Bu il isə şairin “Leyli və Məcnun”, “Yeddi gözəl” əsərlərinin yer aldığı nəfis tərtibatlı xüsusi nəşr hazırlanıb.

Eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, yaxın vaxtlarda şairin doğulduğu Gəncə şəhərində Türk Akademiyası tərəfindən daha bir beynəlxalq konfransın təşkil olunması istiqamətində hazırlıq gedir. Orada Nizaminin əsərlərini dünya dillərinə çevirən tərcüməçilərin, nizamişünas alimlərin və ədəbiyyatşünasların, iştirakı gözlənilir. Bu tədbir çərçivəsində şairin “Leyli və Məcnun” əsərini Qazaxıstanda səhnələşdirən K.Kuanışbayev adına Qazaxıstan Milli Akademik Teatrının yaradıcı qrupunun Gəncə və Bakı şəhərlərinə səfəri və orada əsərin tamaşaya qoyulması nəzərdə tutulur.

Eyni zamanda, 2020-ci il dekabrın 30-da böyük filosof şairin ideyalarını dünya miqyasında təbliğ etmək məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq memorandumu imzaladıq.

Beləliklə, Nizami Gəncəvi irsinin tədqiqi və dünya miqyasında təbliği Beynəlxalq Türk Akademiyasının da prioritetləri sırasındadır. Bu baxımdan, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliği baxımından “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçiriləcək layihələr əhəmiyyətli beynəlxalq əməkdaşlıq platforması formalaşdıracaq, böyük mütəfəkkirin irsinin daha ətraflı tədqiqinə önəmli töhfə olacaqdır.

Prof. Dr. Darxan Kıdırəli,

Beynəlxalq Türk Akademiyasının prezidenti


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər