İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfndən karantin rejimi qaydalarının pozulması hallarının qarşısnın alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətininn Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şahverdili kəndindəki fərdi yaşayış evində nişan məclisi keçirməyə cəhd göstərən şəxslər müəyyən edilib.
Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbir görülüb.