5 May 2021 11:52
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində aparılan bir araşdırmaya görə, COVID-19-dan ölən kişilərin sayı qadınlardan daha çoxdur.

Teleqraf.com xəbər verir ki, bu araşdırma qadınların COVID-19-dan niyə daha tez xilas olması sualına cavab tələb edib.

ABŞ-ın Duke Universitetində aparılan tədqiqata görə, əvvəlcə koronaya yoluxan və yoluxmayan xəstələrdən alınmış qan və toxuma hüceyrələri araşdırılıb. Nəticədə tənəffüs sistemi virusları ilə mübarizə aparan spesifik “T” ağ qan hüceyrələrinin xüsusi növü olan “MAIT”in qadınlarda kişilərdən daha çox olduğu müəyyən edilib.

Bu döyüşçü hüceyrələrin qadınlarda ağız, burun və ağciyər kimi selikli səthlərdə yığıldığı və koronavirusa hücuma hazır olduğu görülüb.

SARS və MERS epidemiyasına da kişilər qadınlara nisbətən daha çox yoluxurlar. Aparılan araşdırmaya görə, virusa yoluxmuşlar arasında qadınların sayı daha çoxdur. Ancaq kişilər arasında ölüm qadınlara nisbətən 50 faiz yüksəkdir.

MERS epidemiyasına yoluxmuş kişilərin 32 faizi, qadınların isə 25,8 faizi ölür.


Müəllif: Yeganə Oqtayqızı