7 May 2021 12:14
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Arif Quliyevin qızı Günel Quliyeva atası haqqında danışıb.

Günel Quliyeva Teleqraf.com-a açıqlamasında atasının son sözündən danışıb: "Sonuncu dəfə görüntülü danışdıq, mənə söz verdi ki, qızımın toyunda iştirak edəcəm. Sözünü tutmadı...

Sağalacağına inanırdı, səhhəti yol vermədi, orqanları dözmədi. Bizə çox ağırdır. Hər kəsə sonsuz təşəkkür edirəm. Səhhətində nisbətən yaxşılaşma olmuşdu. Dünən günorta saatlarında komaya düşdü".

Xalq artisti Arif Quliyevin bacısı Zərifə bu sözləri deyib: "Yanvarın 17-də Arifin oğlu Fərid vəfat edib. Qardaşımın mayın 17-də doğum günü olacaqdı. Ad günün mübarək olmadı!..

Hamını güldürdü, birdən də ağlatdı. Mən onun doğma bacısıyam, bir-birimizi 1988-ci ildə tapmışıq. Qardaşı ölənlər bilər nə dərddi, çəkirəm. Yeni danışmışdıq, deyirdi, yanıma gəlmə, özüm səni görməyə gələcəm. Arif xəstəxanaya yerləşdirilən gündən oğlu çörək yemir.

Arif, özün yetimxanada böyümüşdün, niyə balalarını, nəvələrini yetim qoydun? Oğlu Fərid öləndən onun gülləri solmuşdu".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər