Pərvin Məmmədova Qarabağ Dirçəliş Fondunun mətbuat katibi təyin olunub.
Teleqraf.com xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
“Bu gündən Qarabağ Dirçəliş Fondunda PR və Kommunikasiya üzrə koordinator-mətbuat katibi vəzifəsini icra edəcəyəm. Qarabağ mövzusu hər bir azərbaycanlı kimi mənim üçün də çox həssasdır və bundan sonrakı mərhələdə kiçik də olsa xidmətim olacağı üçün çox qürurluyam. Əminəm ki, 44 günlük Vətən müharibəsində yumruq kimi birləşən xalq olaraq, bundan sonra Qarabağın dirçəlməsi uğrunda daha da sıx birləşəcəyik”.
Xatırladaq ki, Pərvin Məmmədova Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi vəzifəsini icra edib.