7 İyun 2021 11:14
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq, nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzinin Modul tipli hospitalı üçün Bakı şəhərində açılan 2 300 çarpayılıq modul tipli hospitalın fəaliyyətini təşkil etmək məqsədilə təkliflər sorğusu elan edib.

Teleqraf.com xəbər verir ki, təkliflər sorğusunda iştirak etmək istəyənlər iyunun 17-si saat 17:00-a qədər Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşad İsmaylov küçəsi, 124 (Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzi) ünvanına müraciət edə bilərlər.

İddiaçıların təkliflər zərfi iyunun 18-i saat 10:00-da yuxarıda göstərilən ünvanda açılacaq.

Qeyd edək ki, təkliflər sorğusu 8 lot üzrə keçirilir:

LOT-1. Fövqəladə Hallar Nazirliyinin yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq, nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzinin Modul tipli hospitalı üçün laboratoriya reaktivlərinin təminatı.

LOT-2. Fövqəladə Hallar Nazirliyinin yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq, nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzinin Modul tipli hospitalı üçün dərman vasitələrinin, sarğı ləvazimatlarının və materialların alınması.

LOT-3. Fövqəladə Hallar Nazirliyinin yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq, nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzinin Modul tipli hospitalı üçün xüsusi tibbi geyimlərin alınması.

LOT-4. Fövqəladə Hallar Nazirliyinin yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq, nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzinin Modul tipli hospitalı üçün pasient və çalışan işçilərin hər gün qida ilə təmin olunması.

LOT-5. Fövqəladə Hallar Nazirliyinin yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq, nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzinin Modul tipli hospitalı üçün tibbi məsrəf materialların alınması.

LOT-6. Fövqəladə Hallar Nazirliyinin yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq, nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzinin Modul tipli hospitalı üçün oksigen təminatının təşkil olunması.

LOT-7 Fövqəladə Hallar Nazirliyinin yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq, nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzinin Modul tipli hospitalı üçün tibbi avadanlıqlara servis xidmətinin göstərilməsi.

LOT-8. Fövqəladə Hallar Nazirliyinin yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq, nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzinin Modul tipli hospitalı üçün tibb xidmətinin təşkil edilməsi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər