“Ağır bir tədris ilini başa vurmaq üzrəyik, amma təsirlərini uzun müddət aradan qaldırmalı olacağıq”.
Teleqraf.com-un məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
O deyib ki, bu il ümumtəhsil müəssisələrinin XI sinfini 84 mindən çox, IX sinfi isə 131 mindən çox şagird bitirir: "Bu il 160 mindən artıq I sinif şagirdi üçün də fərqli il oldu, onlar da bu dərs ilini yarı distant, yarı hibrid bitirirlər”.