20 İyun 2021 00:26
323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK/UNHCR​) "Qlobal Trendlər 2020 Hesabatı"na görə, yeni növ koronavirus (COVID-19) epidemiyasına baxmayaraq 2020-ci ildə müharibələrdən, şiddətdən, təqiblərdən və insan haqları pozuntularından qaçanların sayı 82,4 milyonu keçib.

Teleqraf.com xəbər verir ki, 2019-cu ilin sonunda 79,5 milyon nəfərlə rekord səviyyədə olan bu rəqəm keçən il 4 faiz artıb.

2020-ci ilin sonuna qədər BMT QAK-ın mandatı altında 20 milyon 700 min qaçqın, 5,7 milyon fələstinli qaçqın və 3,9 milyon nəfər venesuelalı qaçqın və 48 milyonunun isə məcburi köçkün olduğu qeyd edilib.

COVID-19 epidemiyası və qlobal atəşkəs çağırışlarına baxmayaraq 4,1 milyon qaçqın qarşıdurmalar nəticəsində evlərindən qovulmağa davam edib.

Hesabata görə, milyonlarla insanın öz ölkələri daxilində didərgin düşüb və məcburi köçkün sayı əsasən Efiopiya, Sudan, Sahel ölkələri, Mozambik, Yəmən, Əfqanıstan və Kolumbiyadakı böhranlar səbəbindən 2,3 milyondan çox artıb.

Suriya, Venesuela, Əfqanıstan, Cənubi Sudan və Myanmar ən çox sığınacaq verən ölkələr arasındadır.

Ölkələrindən qaçanların üçdə ikisindən çoxu Suriya (6,7 milyon), Venesuela (4 milyon), Əfqanıstan (2,6 milyon), Cənubi Sudan (2,2 milyon) və Myanma (1,1 milyon) olmaqla 5 ölkə təşkil edir.

Türkiyə son yeddi ildə 3.7 milyon qaçqınla dünyanın ən böyük qaçqın əhalisinə ev sahibliyi edir

BMT QAK-ın hesabatına görə, Türkiyə son 7 ildə 3.7 milyon nizamsız mühacirlə dünyada birinci yerdədir.

Hesabata görə, 2018-2020-ci illər arasında təxminən 1 milyon uşaq qaçqın olaraq dünyaya gəlib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər