4 Noyabr 2014 14:15
6 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilib. Rafiq Abbasov başqa vəzifəyə - DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Teleqraf.com-un DİN-ə yaxın mənbələrdən əldə etdiyi xəbərə görə, nazirin digər əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov təyin edilib.

Bakı şəhər Baş Polis İdarəsindən bildirdilər ki, Rafiq Abbasovun vəzifəsindn azad edilməsi ilə bağlı rəsmi məlumat yoxdur: "Biz də eşitmişik ki, belə bir dəyişiklik olub".

Teleqraf.com xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Rafiq Abbasov Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis rəyin olunub. Nazirin digər əmri ilə Musa Musayev Nəsimi rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin edilib.

Quba rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov Nəsimi rayon Polis İdarəsinə, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin Lətif Cahangirov isə Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, təyinatlarla bağlı rəsmi məlumat yoxdur: “Bizdə rəsmi məlumat olsa, gün ərzində yayacağıq”.

Hacı


Müəllif:

Oxşar xəbərlər