Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Saatlı şəhəri, Mirzə Fətəli Axundov küçəsi istiqamətində torpaqla təmasda olan daşıyıcı orta təzyiqli mövcud qaz xəttinin 4 min metrlik hissəsini yenidən qurur.
Bu barədə Teleqraf.com-a qurumdan bildirilib.
Məlumata görə, yeni xətt hazır olduqdan sonra 1 200 abunəçi rahatlıqla təbii qazdan istifadə edə biləcək.