Azərbaycanda, xüsusilə də Bakıda dəfələrlə olmuşam. Avropa Şurasının eksperti kimi Azərbaycana ilk səfərim təxminən 2000-ci ildə olub. O vaxtdan bəri Azərbaycanda iqtisadiyyatın, mədəniyyətin və memarlığın inkişafı inanılmazdır. Memarlıq və mədəniyyət sahələrində yeni, çox müasir tendensiyaların və ənənəvi elementlərin birgə vəhdəti valehedicidir. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq hüququ necə tətbiq etməsi və Qarabağ torpaqlarının yenidən inteqrasiyası heyranedicidir. Builki Bakı Qlobal Forumunda Prezident Əliyevi dinləyərkən əmin oldum ki, Azərbaycan müharibədə Qələbə qazandıqdan sonra sülh quruculuğu prosesində də qalib gəlmək, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquqları və firavanlığı təmin etmək üçün kifayət qədər cəsarətə malikdir. Bu gün Azərbaycan mühüm, inkişaf edən, demək olar hər gün dəyişən, sürətlər irəliləyən və böyük nailiyyətlər qazanan ölkədir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Xorvatiyanın 2010-2015-ci illərdə sabiq Prezidenti İvo Yosipoviç söyləyib.
Dövlətimizin başçısı İlham Əliyevin 60 illik yubileyi münasibətilə təbriklərini çatdıran sabiq Prezident deyib. “Xorvatiyanın sabiq Prezidenti kimi mənim Prezident İlham Əliyevlə ikitərəfli və çoxtərəfli əsasda görüşmək imkanlarım olub. Bu gün ölkələrimizin iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığı getdikcə genişlənir. Prezidentlik fəaliyyətimdən sonra Azərbaycan mədəniyyətini, xüsusilə dahi şair Nizami Gəncəvinin yaradıcılığını təbliğ edən çox uğurlu təşkilat olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGİC) İdarə Heyətinin üzvü kimi Prezident İlham Əliyevlə görüşmüşəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, həmçinin beynəlxalq dialoqu və sülhü təşviq edir. Azərbaycan Prezidenti Mərkəzin fəaliyyətinə güclü dəstək verir. Prezident İlham Əliyev qlobal siyasi arenanın mühüm şəxsiyyəti və güclü milli liderdir”./AZƏRTAC