ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson general Həzi Aslanovla birgə Daxili İşlər Nazirliyinin (DİN) İnsan alveri qurbanları üçün olan sığınacağına baş çəkib.
Bu barədə Teleqraf.com-a ABŞ Səfirliyindən məlumat verilib.
“Onlar, mərkəzin insan alveri qurbanlarına göstərdiyi xidmətləri və dünyada təqribən 25 milyon insanı əhatə edən məsələ ilə bağlı maarifləndirmənin zəruriliyini müzakirə ediblər. Yanvar ayı ABŞ-da İnsan Alverinin Qarşısının Alınması Ayı kimi qeyd olunur. Bu ay, insan alveri ilə bağlı məlumatlılığı artırır və bu cinayətin aşkar edilməsi və qarşısının alınması ilə bağlı ictimaiyyəti maarifləndirir”, - məlumatda qeyd olunub.