14 Fevral 2022 21:32
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində anasının baxılması üçün qonşulara verdiyi üç aylıq körpə səhhətində problem yarandığından xəstəxanaya yerləşdirilib, polis araşdırmalara başlayıb.

Teleqraf.com xəbər verir ki, hərarəti yüksək olan oğlan uşağına həkimlər tibbi yardım göstərib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələ ilə bağlı "Report-a bildirib ki, bu barədə polisə məlumat verilib və dərhal araşdırmalara başlanılıb: "Araşdırma zamanı məlum olub ki, üç aylıq körpə - T.Murquzovun səhhətində problem yaranması səbəbindən vətəndaş tərəfindən təcili tibbi yardım briqadası çağırılıb və uşaq xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, körpə anası S.Murquzovanın himayəsindədir. Qadından ayrılan uşağın atası isə ölkə xaricindədir. Vətəndaşların bildirdiyinə görə, qadın hələ ki tam dəqiq bilinməyən səbəblərdən övladına lazımi şəkildə baxmır və körpəni qonşular saxlayır. Artıq əməkdaşlarımız tərəfindən uşağın anası ilə profilaktik söhbətlər edilib. Qadın səhvini anladığını və körpəyə lazımi şəkildə nəzarət edəcəyini deyib. Buna baxmayaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriləcək və son qərarı onlar verəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər