Bəstəkar-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Bayraməliyevin növbəti şeirlər kitabı çapa hazırlanır.
Teleqraf.com xəbər verir ki, şeirlər toplusu “Sevgi dünyası” adlı kitabda bir yerə topklanıb.
“5 ildir ikinci kitabım üzərində çalışıram. “Sevgi dünyası” adlandırdığım kitabın əsasını Vətən, sevgi mövzusu təşkil edir. Hər bir oxucu özünü misralarda tapa biləcək. Dostların şeirlərlə ilk tanışlığından və nəğməyə dönən bəndlərdən, yaradıcılıq məhsulumun maraq yaratdığı qənaətindəyəm. Əsas sözü isə geniş publika söyləyəcək” – deyən müəllif şeirlər toplusunu 2015-ci ilin ilk həftələrində təqdimata çıxarmağı nəzərdə tutub.
Müəllifin məlumatına görə, onun ilk kitabı 2008-ci ildə çapdan çıxıb. “Nəğmələr kitabı” adı ilə öncə Gürcüstanda, daha sonra Respublikada təqdimatı keçirilən toplunu Tural Bayraməliyev Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edib:
“Mərhum prezident Heydər Əliyev gənclərə hər zaman dəstək olub. Müstəqilliyimizin qurucusu olan dahi şəxsiyyətə müəllifi olduğum kitabı ərməğan etməyi bir gənc olaraq, özümə borc bilmişəm. Bu silsiləni bu dəfə mahnı şəklində davam etdirəcəm. Heydər Əliyevin 85 illik yubileyinə söz və musiqisi mənə məxsus olan “Xalqımızın qəlbindəsən” adlı kompazisiya həsr etmişdim. Xalq artisti Nisə Qasımovanın ifasında səsləndirirldi. Dekabrın 12-i, Heydər Əliyevin anım gününə daha bir kompazisiya itaf ediləcək. Hazırda bunun üzərində çalışırıq. “Ulu Öndər” adlandırdığımız bu nəğmənin sözləri Həsən Şirinova, musiqisi mənə məxsusdur. Musiqili əsəri əməkdar artist Almaz Ələsgərli səsləndirəcək”.
Rüstəm