26 Noyabr 2014 15:55
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Diaspor Mərkəzi və DAK-ın təşkilatçılğı ilə azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirin əvvəlində qərbi azərbaycanlıların deportasiyasından bəhs edən film nümayiş etdirilib. BDM-in sədri İsmayıl Ağayev bildirib ki, böyük dövlətlər, Fransa, Amerika və digərləri bu gün bizim Qərbi Azərbaycandakı torpaqlarımıza gedən yolu bağlayıb: "Halbuki, Azərbaycan ordusu çox qısa zamanda Qarabağ torpaqları ilə yanaşı, əzəli torpaqlarımız olan İrəvanı, Zəngəzuru, Göyçəni işğaldan azad edə bilər. Təəssüflər olsun ki, bu gün böyük dövlətlər ermənilərə dəstək verir".

Tədbirdə hər zaman diaspor işinə dəstəyin göstərilməsində və deportasiya məsələsinin gündəmdə saxlanmasında DAK sədri Sabir Rüstəmxanlıya, ASİMDER başkanı Göksel Gülbeyə, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal və digərlərinə diplom və mükafatlar verilib.

DAK sədri S.Rüstəmxanlı qeyd edib ki, deportasiyanı əks etdirən silsilə filmlər, kitablar yazılmalıdır. Onun sözlərinə görə, bu məsələdə təkcə Azərbaycandan getmir:" Səlib yürüşündən başlayaraq türklərə, onların tarixi abidlərinə qarşı məhvedici siyasət yürüdülür. Bu türklərə qarşı düşmənçilik siyasətidir. İndi də rusların əlində alət olan ermənilər azərbaycanlılara qarşı bu siyasəti yürüdür. Biz orta məktəb yaşlarından uşaqlarımıza həqiqəti deməliyik, anlatmalıyıq, ermənilər kimi nifrəti yox".

S.Rüstəmxanlı əlavə edib ki, ermənilər qondarma soyqırımın 100 illiyi ilə bağlı tədbirlərə hazırlaşır: "Bunun üçün Azərbaycan hər gün dünyanın müxtəlif ölkələrində ziyalalarımızın iştirakı ilə tədbirlər keçirilməli və əslində azərbaycanlıların deportasiyaya, soyqırıma, işğala məruz qaldığını bəyan etməliyik. Ermənilər bizə hansı metodlardan istifadə edibsə, biz də onlara qarşı onu etməliyik".

ASİMDER başqanı Göksel Gülbey qeyd edib ki, Türkiyədən kənarda ermənilırin əsassız iddiaları ilə bağlı birgə çalışmalıyıq:"Çünki təəssüflər olsun ki, Türkiyədə erməni diasporu güclüdür və xüsusilə İstanbulda fəaliyyət göstərirlər".

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər