20 May 2022 12:08
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cari ilin dörd ayı ərzində 3 milyard 498 milyon kubmetr təbii qaz qəbul olunub. Bunun 2 milyard 103 milyon kubmetri əhali sektoru, 1 milyard 395 milyon kubmetri qeyri-əhali sektoru üzrə olub. O cümlədən, kommunal büdcə və kommersiya təşkilatları üzrə 1 milyard 123 milyon kubmetr qaz qəbul edilib".

Teleqraf.com xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq qapı" aksiyasında deyib.

O bildirib ki, istehlak edilmiş qazın həcmi manat ifadəsində 576 milyon manatdır: "Başqa sözlə, satılan qazın ödənişi 99,2% təşkil edir".

Birlik rəsmisi əhali sektoru üzrə yığımlarda problemin yaşanmadığını qeyd edib: "Abonentlərə təşəkkür edirik, onlar müqavilə şərtlərinə uyğun olaraq ödəniş həyata keçirirlər. Qurum üçün heç bir problem yaratmırlar.

İlin dörd ayı soyuq keçdiyi üçün abonentin istehlak etdiyi qazın həcmi də, dəyəri də böyükdür. Ancaq buna baxmayaraq abonentlərimiz fəal iştirak edirlər.

Sahibkarların əsas probremi təbii qaz üzrə yaranmış debitor borcdur. Çox vaxt onlar möhlət istədiyi dövrdə belə, yaranmış debitor borclarının ödənişini həyata keçirmirlər".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər