28 Noyabr 2014 16:45
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan Koreya Respublikasının Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) müdafiə sənayesinin təşviqi üzrə baş direktoru Lee Jung Yongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə Azərbaycanla Koreya arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Koreyanın Azərbaycandakı səfirinin birinci katibi iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər