9 İyun 2022 16:10
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkəmizdə 12 721-dən artıq Vətən müharibəsi qazisi, 80 mindən artıq müharibə iştirakçısı var.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Vətən müharibəsi qazilərinin məşqulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, bugünədək sözügedən kateqoriyadan olan 17 min şəxslə bilavasitə iş aparılıb:
"12 188 şəxs özünüməşğulluq proqramlarına cəlb olunub. Bu il ərzində isə 16 700 nəfərin özünüməşğullq proqramına cəlb olunması nəzərdə tutulur".

O qeyd edib ki, 805 nəfər ictimai işlərə cəlb olunub: "4 000-ə yaxın şəxs təklif olunan iş yerlərindən imtina edib. Onların işdən imtina etməsinə səbəb bu işə ehtiyaclarının olmaması və yaxud hazırda işləmələridir. Ümumillikdə bu il 16 min 700 nəfərin özüəməşğulluğa cəlb olunması gözlənilir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər