10 İyun 2022 13:25
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Teleqraf.com-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da daxil olmaqla, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

2. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişən hissəsindən, Xətai prospeki ilə kəsişən hissəsinə qədər, eyni zamanda istiqamət olaraq da, Xətai prospeki üzrə sıxlıq

3. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

4. Xətai prospektinin Firdovsi Məmmədov küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq

5. Heydər Əliyev prospekti – kənar yolda, Əliyar Əliyev küçəsi ilə kəsişmədən, Bağırov körpüsünün üzərinə sol tərəfdən dönən yola qədər, istiqamət olaraq isə Koroğlu metro stansiyası istiqaməti sıxlıq

6. Yusif Səfərov küçəsində 28 May küçəsi ilə kəsişməyə qədər, Üzeyir Hacıbəyli küçəsi istiqamətində sıxlıq

7. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

8. Həsən bəy Zərdabi prospektində 20 Yanvar dairəsi istiqamətindən, Qələbə dairəsi istiqamətində, eyni zamanda Akim Abbasov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Mətbuat prospekti istiqamətində sıxlıq müşahidə olunur.

09:57

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şossesində – (Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər)

2. Moskva prospektində - (Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol)

3. Binəqədi şossesində - (Biləcəi-Baksol yolu ilə kəsişmədən –mərkəz –“Azadlıq prospekti” metro stansiyası istiqamətində)

4. Rövşən Cəfərov küçəsində - (20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində)

5. Abdulvahab Salamzadə küçəsində - (Tbilisi prospekti ilə kəsişmədən Ziya Bünyadov prospekti ilə kəsişməyədək)

6. Ziya Bünyadov prospektində - (Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində)

7. Tbilisi prospektində - (20 Yanvar dairəsindən izmir küçəsi istiqamətində, Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər)

8. Şəfayət Mehdiyev küçəsində - (Tbilisi prospektinə çıxan hissədə)

9. Abbasqulu ağa Bakıxanov küçəsi – (İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək, Türkiyə səfirliyi istiqamətində)

10. Heydər Əliyev prospektində - (Ağa Neymətulla küçəsi ilə kəsişmədən Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda)

11. Xətai prospekti – (Neymət Quliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər)

12. Ağa Neymətulla küçəsində - (Heydər Əliyev prospekti ilə kəsişmədən “Nəriman Nərimanov” metrosu istiqamətində)

13. Yusif Səfərov küçəsində - (Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində)

14. 28 May küçəsində - (Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək)

15. Dilarə Əliyeva küçəsində - (Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə)

16. Şəmsi Bədəlbəyli küçəsində - (Qış parkının yanından Rəşid Behbudov küçəsi ilə kəsişməyədək).


Müəllif: Teleqraf.com