13 İyun 2022 10:16
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb.

“Bildiyiniz kimi, yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

Hazırda Bakı-Abşeron bölgəsi üzrə TƏBİB-in tabeliyindəki Məhəmmədli modul tipli tibb müəssisəsi fəaliyyətini davam etdirir”, -deyə əlavə edilib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər