28 İyul 2022 14:37
3 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft”un yaradıcısı, dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts bəşəriyyətin gələcəkdə hansı peşələrə maraq göstərməsini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, insanların iqlim dəyişikliyi və iqlim texnologiyaları ilə məşğul olmasının lazım olduğunu deyən Bill Qeyts bu sahədə çalışanların "Tesla" və "Microsoft"u geridə qoya biləcəklərini bildirib.

"İqlim texnologiyası asan sahə deyil. Əslində, təhlükəlidir, lakin müqavimət göstərənlər yaxşı qazanc əldə edəcəklər", - deyə əlavə edib.


Müəllif: Rəqsanə Həsənova