Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər “regional təhlükəsizliyin təmin edilməsi məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları” müzakirə ediblər”, - mətbuat xidməti bildirib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov ötən gün Azərbaycan-Ermənistan sərhədində və Qarabağda vəziyyətə dair keçirilən xidməti müşavirədə orduya Ermənistanın mümkün təxribatlarının “dərhal və qətiyyətlə” yatırılmasına hazır olmağı əmr edib.