5 Avqust 2022 23:59
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sürücülərə müəyyən bir miqdarda (dozada) alkoqol içilməsinə icazə verilməlidir.

Bu təkliflə Mərəndi Şərab Zavodunun direktoru, professor Vüqar Mikayılov çıxış edib.

O, fikirlərini belə əsaslandırıb.

"Axşam iki və ya üç bokal pivə içən insanın qanında səhər müəyyən miqdarda alkoqol görünür. Bir bokal pivə içən adam məncə maşını normal sürə bilər.
Yol polisləri tərəfindən yoxlanılma qorxusu, sürücüləri narkotiklərə vadar edir.
Əhalinin çox hissəsində xüsusi minik maşını olduğundan içdikləri günün səhərisi günortaya qədər işdən yayınmaya səbəb olur. Məhz müəyyən kiçik dozalara icazə verilməsi insanların şəraba meylini artırar və ölkəmizdə şərabçılıq da inkişaf etmiş olar. Həmçinin ölkədə dini radikalizmə qarşı mübarizəni gücləndirmək istəyiriksə, biz şərabçılığın inkişaf etdirilməsi barədə düşünməliyik".

V.Mikayılov həmçinin bildirib ki, Azərbaycanda şərabın alkoqollu içki deyil, qida məhsulu hesab edilməsi, onun reklamının genişləndirilməsi vacibdir.

"Əgər üzümçülüyü inkişaf etdirmək istəyiriksə, üzümdən hazırlanan məhsulu alkoqollu məhsul kimi deyil, qida məhsulu kimi ortaya qoymalıyıq. Söhbət təbii yolla hazırlanan şərablardan gedir"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər