“Baxıram ermənilər deyir ki, 30 ildir burda yaşamışıq hara gedək? 30 il orda yaşamaq o torpağın sahibi olmaq demək deyil”
Teleqraf.com xəbər verir ki, bu sözləri Laçının Zabux kəndinin sakini Məhər Quliyev Baku TV-ə müsahibəsi zamanı deyib.
O bildirib ki, bəzi mənbələrdə ermənilərin Zabuxdan çıxarkən evləri yandırdığını oxuyub.
“Onsuz da onlar dağıtdığını dağıdıblar. İndi yandırdıqları bizə elə də böyük təsir etmir”, – deyə o qeyd edib.