Azərbaycanli alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Kuba Respublikasının " La Revista “Universidad y Sociedad” jurnalının redaksiya həyətinə qəbul edilib.
Teleqraf.com xəbər verir ki, "XXX Aniversario de la Universidad de Cienfuegos “Carlos Rafael Rodríguez” Universitetinin nəzdində olan, beynəlxalq xülasələndirmə və indeksləşmə bazası hesab edilən jurnal "Web of Science və Scopus"da qeydiyyatdadır.
Dünyada A kateqoriya siyahısında olan jurnalın redaksiya heyətinə Kubanın bu məhşur universitetinin rektoru və kollektivi tərəfindən seçilərək daxil edilən alim, ilk dəfədir belə nüfuzlu redaksiyada təmsil olunan yeganə azərbaycanlıdır.
Multidissiplinar olan La Revista “Universidad y Sociedad” dünyanın bir çox ölkələrindən alimlərin dərc edildiyi nüfuz sahibi olan jurnaldır. Məhz Azərbaycandan ilk dəfə belə nüfuzlu jurnalda redaksiya heyətində təmsil olunmaq eyni zamanda Asiya üzrə məqalələrə məsul şəxs də deməkdir.