ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə nümayəndəsi səfir Filip Riker bu həftə Cənubi Qafqaza səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel açıqlayıb.
Onun sözlərinə görə, amerikalı həmsədr Ermənistan, Gürcüstan və Azərbaycana yollanacaq və bir sıra danışıqlarda iştirak edəcək.
Patel qeyd edib ki, bu, Rikerin yeni vəzifəsində ilk səfəri olacaq.