15 Sentyabr 2022 23:58
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının “Qarabağ” – “Nant” oyununda bir dəqiqəlik sükut olub.

Teleqraf.com xəbər verir ki, qrup mərhələsinin II turunun Bakıda keçirilən matçının start fitindən sonra tribunalardakı azarkeşlər telefonlarının işıqlarını yandıraraq bir dəqiqəlik sükut edib.

Bununla da Azərbaycan – Ermənistan sərhədində erməni təxribatı nəticəsində şəhid olanların xatirəsini yad edib. Allah rəhmət eləsin!

UEFA “Qarabağ”ın görüşdən öncə rəsmi sükut elan olunması ilə bağlı müraciətini müsbət cavablandırmasa da, fanatlar özləri belə addım atıb.

Görüşdən öncə “Şəhidlər ölməz, vətən bölünməz”, “Ən böyük əsgər, bizim əsgər” tipli vətənpərvər şüarlar səsləndirilib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşma saat 20:45-də başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər