“Narkomaniya ilə mübarizədə dövlətin səyləri kifayət deyil”
Teleqraf.com xəbər verir ki, bu sözləri "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfransda Milli Məclisin sədr müavini Bahar Muradova cıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyanın bir çox bölgələrində münaqişələr ölkələrə dağıntı, xaos, insan itkisi gətirir: “Bu cür hallar narkomaniya kimi bəlaların yaranmasına şərait yaradır. Təbii ki, bu çox böyük sosial bir bəladır. Dövlətin həm siyası, həm də iqtisadi, eyni zamanda ailənin və fərdin problemidir. Biz insan hüquqlarının qorunmasından danışanda qeyd etməliyik ki, bu problemin həllində ilk növbədə narkomaniya ilə mübarizə dayanır. Azərbaycan parlamenti də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarını qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanun qəbul edib. Bu qanun bütövlükdə narkomaniya ilə mübarizədə əsas qanunvericiliyin bazasını təşkil edir. Bu problemin həll olunması üçün dövlət siyasəti mühim amildir, lakin bu problemin öhdəsindən gəlmək üçün dövlətin səyləri kifayyət deyil, bəşəriyyətin problemi olduğundan cəmiyyət də öz dəstəyinin əsirgəməməlidir. Narkomaniya bütünlükdə ailənin dayaqlarının, həmçinin cəmiyyətin sarsılmasına gətirib çıxarır. Bu məsələlərdə ailələrin üzərinə böyük vəzifə düşür”.
İLHAMƏ