11 Oktyabr 2022 12:33
253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi bir olmalıyıq. Dövlətimizin İlham Əliyev kimi rəhbəri, lideri, sərkərdəsi var və onun həyata keçirdiyi xarici siyasət hər bir azərbaycanlının, o cümlədən Qərbi Azərbaycanlıların milli maraqlarına xidmət edir. 44 günlük Vətən Müharibəsi bizə dövlətçiliyimizin 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı.

Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Ordumuzun rəşadəti, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb.

Qazandığımız Zəfər təkcə işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməyəcək, həm də bizim Qərbi Azərbaycan torpaqlarımıza qayıdışımızın təməlini qoyub. Qərbi Azərbaycan torpaqlarından qaçqın, didərgin düşən, deportasiya olunan, soyqırıma məruz qalan həmvətənlərimizin övladları, varisləri toplanaraq dövlətimizin gücünə, cənab İlham Əliyevin apadığınızı müdrik siyasətə sığınaraq tarixi torpaqlarımıza qayıtmaq, onlara qarşı törədilən cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün “Qərbi Azərbaycan İcması”nı təsis etdilər. “Qərbi Azərbaycan İcmasında” Qərbi Azərbaycandan olan və respublikamızın elmi, mədəni, ictimai – siyasi həyatında fəal iştirak edən ağsaqqallar, ziyalılar, gənclər, qadınlar təmsil olunurlar. Hesab edirəm ki, bu şəxslər daha elmli və zamanın tələbinə uyğun olan metodlarla öz dədə-baba torpaqlarına qayıtmaq üçün mübarizə aparacaqlar.

Xüsusi olaraq bildirirəm ki, bu mübarizə üsulları beynəlxalq hüququn, insan haqları və ən əsası dövlətçilik prinsiplərinə uyğun aparılmalıdır. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bəzi sərhəd rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Şanlı ordumuz düşmən təxribatının qarşısını layiqincə aldı.

Belə bir şəraitdə sapı özümüzdən olan baltalar erməni dəyirmanına su tökməklə məşğuldur. Ermənistan ərazisində Qərbi Azərbaycanlıların böyük əksəriyyətinin, xüsusilə ziyalılarının xəbəri olmadan “Respublika” yaratmaq təşəbbüsləri dövlətimizin apardığı uğurlu və həssas siyasi fəaliyyətinə zərdən başqa bir şey deyildir. Bu baxımdan, bildirirəm ki, Azərbaycanın əsl məqsəd və hədəfləri ilə bağlı yanlış rəy formalaşdırmağa cəhd edənlərin əməlləri avantüradır. Mənim də təmsil olunduğum Qərbi Azərbaycan İcmasının bununla əlaqədar bəyənatında da qeyd olunduğu kimi tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərəli hesab edirik. Hətta haqlı olaraq Qərbi Azərbaycan İcması "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif paylaşımlar edilməsi ilə bağlı bəyanatla çıxış edib və həmin bəyanatda qeyd edilir: "Son zamanlar "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması "Göyçə-Zəngəzur Respublikası" adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər".

Xüsusilə olaraq vurğulamalıyam ki, “Göyçə-Zəngəzur Respublikası”nın nümayəndəliyinin Türkiyənin paytaxtı Ankara şəhərində açılışını təşkil etməklə Azərbaycanın dövləti maraqlarına zidd olan yanaşmalar, tarixin ən çətin məqamlarında yanımızda olan qardaş Türkiyənin ölkəmizlə münasibətlərinə də xələl gətirir. Bu təşkilatın təsis edilməsi Azərbaycan və Türkiyəni sevməyən, eləcə də bu iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin sifarişidir. Xüsusilə də indiki vəziyyətdə belə bir qurumun yaradılması Azərbaycanın beynəlxalq aləmdə qazandığı imicə, böyük uğurlara, torpaqlarımızın işğaldan azad edilməsinə, əldə edilən möhtəşəm Zəfərə kölgə salır.

Bu addımı hansısa qüvvələrlə işbirliyi adlandırmaq olar. Bildiyimiz kimi, məğlubiyyətini qəbul etməyən dünya erməniləri hələ də sakit dayana bilmir. Onlar Azərbaycan sərhəddində vaxtaşırı hərbi təxribatlar törətməklə kifayətlənmir,həm də bir sıra xarici ölkələrdəki səfirliklərimizə basqın və hücüm edirlər. Hesab edirəm ki, bütün bunlar ölkəmizə, Azərbaycan və Türkiyəyə, eləcə də iki ölkənin strateji müttəfiqliyə qarşı bir mərkəzdən idarə edilən və bir neçə istiqamətdə həyata keçirilən, ictimaiyyəti çaşdıran, avantür siyasətlə düşmən dəyirmanına su tökmək kimi çirkin kampaniyalardır. Müzəffər Ali Baş Komandanımız, dövlət başçımızın apardığı siyasəti izləyən, onu dəstəkləyən azərbaycanlı heç vaxt belə hərəkət etməz. İctimaiyyət, o cümlədən Ermənistandan deportasiya olunmuş soydaşlarımız da vəziyyəti düzgün qiymətləndirir, belə avantüralara uymayaraq bu hərəkəti pisləyən bəyənatlar verir, çıxışlar edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər