Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Qeyd edək ki, sazişə əsasən hər iki dövlətdə diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilir.
Saziş 2022-ci il avqustun 10-da Bakı şəhərində imzalanıb.