Aberdin şəhərində yaşayan 10 yaşlı azərbaycanlı Nil Vaqif Morrison idman gimnastikası üzrə Şotlandiya çempionu olub.
Teleqraf.com xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib.
O bildirib ki, Nil Vaqif Morrison Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri Nərgiz Morrisonun oğludur.