19 Dekabr 2022 15:59
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Plenumu giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev 2023-cü ildə Ali Məhkəmənin yaradılmasının 100 illiyinin tamam olmasını vurğuluyaraq yubiley münasibətilə cari ilin noyabr ayından silsilə tədbirlərə start verildiyini, qarşıdakı aylarda da müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirib.

Plenumda “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2011-ci il 28 oktyabr tarixli (2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinin həllinə dair arayışın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi, həmçinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair arayışın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Plenumda həmçinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli, 7 nömrəli və “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli, 15 nömrəli Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihələri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Plenumda digər konkret işlərə baxılıb.

***

11.57

Ali Məhkəmənin Plenum iclası keçirilir.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, iclasda ümumiləşdirilmiş işlərin müzakirələri aparılır.

Həmçinin ilin yekunlarına dair müzakirələr dinlənilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər