“Bu gün BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Fransanın insan haqlarından, demokratiyadan azadlıq və bərabərlikdən danışmağa qətiyyən mənəvi haqqı yoxdur. Fransanın kiməsə dərs verməyə haqqı çatmır. Bu istiqamətdə danışmaq hüququ olan sonuncu ölkə Fransadır”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxış edən millət vəkili Musa Qasımlı deyib.
Deputat bildirib ki, Fransa bu gün özünün ərazilərinə baxsın:
“Minlərlə kilometr əraziləri əhatə edən müstəmləkələr saxlayır. Onlardan biri də Korsikadır. Onlar dil və mədəniyyət istəyirlər. Fransa isə onları top və tüfənglə qarşılayır. Fransa bununla beynəlxalq hüququ tapdalayır və Ermənistanın timsalında terroru müdafiə edir. Ona görə də Fransa qınanmalıdır. Heç kəsin Azərbaycanla zor dilində danışmağa haqqı yoxdur. Azərbaycan özü öyrədən bir ölkədir”.